Kateqoriyasız

PSJ – “Borussiya” oyunu azarkeşsiz keçiriləcək

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin PSJ – “Borussiya” (Dortmund) oyunu azarkeşsiz keçiriləcək.

Buna səbəb koronovirusun sürətlə yayılmasıdır. Bu səbəbdən Parisdəki “Park de Prens”də keçiriləcək qarşılaşmaya azarkeşlər buraxılmayacaq.

Qarşılaşma martın 11-i baş tutacaq. İlk görüşdə Dortmund klubu 2:1 hesablı qələbə əldə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43