Dünya futbolu

PSJ-də yeni müqavilə

PSJ-nin müdafiəçisi Presnel Kimpembe sosial şəbəkədəki səhifəsində klubla yeni müqavilə imzaladığını açıqlayıb.

İdmanxeber.az-ın məlumatına görə, futbolçu “PSJ ilə sözləşməsmi 2026-cı ilə qədər uzatdım. Bundan çox məmnun olduğumu bildirirəm” – deyə, yazıb.

Fevralın 26-da Liqa 1-in 25-ci turunun “Marsel”lə oyununda (0:3) Kimpembe 16-cı dəqiqədə zədələnib. Müdafiəçi meydanı xərəklə tərk edib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43