Dünya futbolu

PSJ-də ciddi itki

PSJ-nin futbolçusu Neymar zədələnib.

Fransa mətbuatının verdiyi xəbərə görə, o,ölkə kubokunun 1/16 finalında “Strasburq”la matçın (2:0) 62-ci dəqiqəsində ayağından zədə alıb və məcburi əvəzlənib. Braziliyalı hücumçu paltardəyişmə otağına gedən zaman göz yaşlarını saxlaya bilməyib.

Neymarın zədəsinin ciddi olub-olmadığı tibbi müayinədən keçdikdən sonra müəyyənləşəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43