Kateqoriyasız

PSJ-də Mbappe şoku

Fransa kubokunun finalıda “Sent-Etyen”lə matçda (1:0) ağır zədə alan PSJ-nin hücumçusu Kilian Mbappenin durumuna aydınlıq gəlib.

Tibbi müayinədən keçən 21 yaşlı hücumçunun ayaq biləyində ciddi boşalma aşkarlanıb.

Fransalı futbolçunun avqustun 12-də Çempionlar Liqasının 1/4 finalında PSJ-nin “Atalanta” ilə üz-üzə gələcəyi matçda iştirak edib-etməyəcəyi məlum deyil.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43