Dünyadan

PSJ-dən “Real”a 45 milyonluq təklif

“Real”da xoşbəxt olmayan Toni Kroos karyerasını Fransada davam etdirə bilər.

İdmanxeber.com-un məlumatına görə, Fransnaın PSJ klubu alman futbolçuya elçi düşüb. 

“Real”da əsas heyətə düşməkdə çətinlik çəkən yarımmüdafiəçi üçün Paris klubu ispanlara 45 milyon avro təklif edib. 

Qeyd edək ki, Kroosu “Mançester Yunayted” də transfer etmək istəyir. Futbolçunun “Real”la müqaviləsi 2020-ci ildə başa çatır. Onun məvacibi 5,5 miılyon avrodur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43