Dünya futbolu

PSJ-dən Sançez üçün 55 milyonluq təklif

Fransanın PSJ klubu “Arsenal”ın futbolçusu Aleksis Sançes üçün “topçular”la danışıqlara başlağa hazırdır.

İdmanxeber.com-un məlumatına görə, Fransa təmsilçsi çilili hücumçu üçün “Arsenal”a 55 milyon avroluq müqavilə təklif edəcək.

Bundan əlavə, PSJ tərəfi “Arsenal”ın digər futbolçusu Məsut Özillə də yaxından maraqlanır.

Hər iki futbolçunun “Arsenal”la müqaviləsi 2018-ci ilin yayında bitəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43