PSJ yarımmüdafiəçi Uorren Zair-Emeri ilə müqaviləni uzadır.
İdmanxeber.az-ın məlumatına görə, Paris klubu futbolçu ilə 5 illik yeni sözləşmə imzalamağa hazırlaşır. Müqavilə 2024-cü ilin martında, futbolçunun 18 yaşı tamam olanda qüvvəyə minəcək.
Zaire-Emeri PSJ-nin yetirməsidir. 2023/24 mövsümündə yarımmüdafiəçi komandanın heyətində 17 oyunda 3 qol vurub və 5 məhsuldar ötürmə edib.
Futbolçunun hazırkı müqaviləsi 2025-ci ilin iyun ayının sonuna kimi qüvvədədir.