Dünyadan

PSJ hərəkətə keçdi: Neymar üçün 190 milyon avro təklif olundu

Fransanın PSJ klubu “Barselona”nın ulduz futbolçusu Neymarı heyətinə qatmağı planlaşdırır.

İdmanxeber.comMundo Deportivo”ya istinadən xəbər verir ki, Paris klubu UEFA tərəfindən onlara qoyulan transfer qadağasının başa çatacağı 2016-cı ilin planlarını indidən həyata keçirməyə başlayır. Məhz buna görə də, PSJ Kataloniya klubunun aparıcı üzvünü heyətinə qatmaqda israrlıdı. 

PSJ Neymar üçün qarşı tərəfə 190 milyon avro ödəməyə hazır olduğunu bildirib. Zlatan İbrahimoviçlə yollarını ayıracaq Fransa nəhəngi bu boşluğu Neymarla doldurmaq niyyətindədi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43