Dünyadan

PSJ ilə oyun öncəsi “Real”da növbəti itki

Çempionlar Liqasının qrup mərhələsinin üçüncü turunda PSJ-ylə qarşılaşacaq “Real” bu matça ciddi itki ilə çıxacaq.

İdmanxeber.com-un məlumatına görə, Madrid klubunun aparıcı üzvü Kərim Benzema zədəli olduğu üçün Paris klubu ilə oyunun heyətinə daxil edilməyib.

Bununlada İspaniya nəhənginin itkiləri 5-ə çatıb. PSJ-ylə oyunda Qaret Beyl, Xames Rodriqes, Pepe, Dani Karvaxal da oynaya bilməyəcək.

Qeyd edək ki, oyun bu gecə saat 23:45-də başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43