Dünya futbolu

PSJ kapitanı ilə müqavilə uzatdı

PSJ komandanın kapitanı Markinyosla müqavilənin uzadıldığını açıqlayıb.

İdmanxeber.az-ın məlumatına görə, yeni müqavilənin müddəti 2028-ci ilə qədərdir. Braziliyalı 2013-cü ildən PSJ-də çıxış edir. 29 yaşlı oyunçu Paris klubunda qalmasını belə şərh edib:

“Müqavilənin uzadılmasından məmnunam və bununla fəxr edirəm. Mənim üçün bu xüsusi bir məqamdır. PSJ həmişə mənə güvənib, mən də kluba güvənirəm. Əminəm ki, növbəti illərdə də biz birlikdə uğur qazanmağa davam edəcəyik”.

Markinyos bu mövsüm Paris təmsilçisində 42 oyuna çıxıb, 2 qol vurub və bir məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43