Dünya futbolu

PSJ Neymardan əl çəkmir – 40 milyon avro

PSJ-nin Neymar israri davam edir.

İdmanxeber.com-un məlumatına görə, Paris təmsilçisi Kataloniya klubunda forma geyinən Neymara 40 milyon avroluq bir təklif göndərib. Braziliyalı futbolçu bu təklifi qəbul edəcəyi təqdirdə, ilinə 40 milyon avro qazanacaq. 

Bu məbləğ PSJ-nin hücumçusu Zlatan İbrahimoviçin maaşından 23.8 milyon avro çoxdur.

Qeyd edək ki, Neymarın təzminat dəyəri isə 190 milyon avrodu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43