Dünyadan

PSJ-nin futbolçusu “Fənərbaxça”da

İstanbulun “Fənərbaxça” futbol komandası heyətini gücləndirir.

İdmanxeber.com-un məlumatına görə, İstanbul təmsilçisi fransalı Hatem Ben Arfanı icarəyə götürür. Tərəflər artıq razılığa gəlib və yaxın müddətdə keçidi rəsmi şəkildə elan edəcəklər. Məlumata görə, futbolçu ilə mövsümün sonunadək müqavilə imzalanacaq.

Qeyd edək ki, futbolçu cari mövsüm PSJ-yə keçsə də, çox nadir hallarda meydana çıxıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43