20 Sentyabr 2024
Dünya futbolu

PSJ-nin futbolçusu İspaniya klubuna təklif olundu

PSJ-nin yarımmüdafiəçisi Marko Asensio icarə əsasında “Real Sosyedad”a keçə bilər.

İdmanxeber.az-ın məlumatına görə, “Real Sosyedad” Məhəmməd-Əli Şonu 10 milyon avroya “Nitsa”ya satmağa razılaşıb. Bunun ardından Asensionun agentləri İspaniya klubu ilə əlaqə saxlayıb və ona futbolçunu icarəyə götürməyi təklif edib.

27 yaşlı ispaniyalı ötən yay PSJ-yə keçib. O, parislilərin heyətində bütün yarışlarda 10 oyun keçirib, 3 qol vurub və 3 məhsuldar ötürmə edib. Markonun klubla müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43