Dünya futbolu

PSJ-nin futbolçusu “Real”a keçmək istəyir

PSJ-nin yarımmüdafiəçisi Marko Verratti karyerasını İspaniyada davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, 30 yaşlı italiyalı oyunçu “Real”a keçməkdə maraqlıdır. Mövsüm sonu PSJ-dən ayrılacaq Verattinin Madrid təmsilçisi ilə danışıq apardığı bildirilir.

O, 2012-ci ildən Paris klubunda çıxış edir. Onun hazırkı müqaviləsi 2026-cı ilə qədərdir.

Bu mövsüm Verratti 35 oyun keçirib və 1 məhsuldar ötürmə edib. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43