17 Fevral 2019
Ölkə futbolu

PSV-nin sabiq məşqçisi “Qarabağ”dan ehtiyat edir

Hollandiyalı PSV-ni ehtiyatlı olmağa çağırıb.

İdmanxeber.az-ın məlumatına görə, Eyndxoven klubunun sabiq baş məşqçisi Aad De Moz “Qarabağ” barəsində ölkə mətbuatına danışıb. O, Hollandiya təmsilçisinin ehtiyatlı olmasının gərəkdiyini vurğulayıb;

“Rəqiblərin adlarının tanınmış olmaması bizim üçün ən təhlükəli amildir. PSV-nin baş məşqçisi Mark Van Bomel diqqətli olub, oyunçularına bu barədə xəbərdarlıq etməlidir. Çempionlar Liqasında rəqiblərin adları yox, son illərdə qazandıqları uğurlar əsas rol oynayır. Məsələn mən “Qarabağ” və BATE-ni tanımıram.Ancaq “Qarabağ” keçən il həm evdə, həm də səfərdə “Atletiko”dan xal almağı bacarıb. BATE isə Çempionlar Liqasında böyük təcrübəyə malikdir”.

Oxşar xəbərlər

Məğlub olan “Zirə”nin futbolçuları bu cür “cəzalandırıldı” ( FOTO)

admin

Şüvəlandakı qalmaqallı oyunun “premya”sı məlum oldu – ÖZƏL

admin

“Xəzər Lənkəran” – “Qəbələ” 1:1 – VİDEO

admin