Ölkə futbolu

PSV-nin sabiq məşqçisi “Qarabağ”dan ehtiyat edir

Hollandiyalı PSV-ni ehtiyatlı olmağa çağırıb.

İdmanxeber.az-ın məlumatına görə, Eyndxoven klubunun sabiq baş məşqçisi Aad De Moz “Qarabağ” barəsində ölkə mətbuatına danışıb. O, Hollandiya təmsilçisinin ehtiyatlı olmasının gərəkdiyini vurğulayıb;

“Rəqiblərin adlarının tanınmış olmaması bizim üçün ən təhlükəli amildir. PSV-nin baş məşqçisi Mark Van Bomel diqqətli olub, oyunçularına bu barədə xəbərdarlıq etməlidir. Çempionlar Liqasında rəqiblərin adları yox, son illərdə qazandıqları uğurlar əsas rol oynayır. Məsələn mən “Qarabağ” və BATE-ni tanımıram.Ancaq “Qarabağ” keçən il həm evdə, həm də səfərdə “Atletiko”dan xal almağı bacarıb. BATE isə Çempionlar Liqasında böyük təcrübəyə malikdir”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43