Ölkə futbolu

Pupon “Qarabağ”dan getmə səbəbini açıqladı

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov mənə dürüst davrandı və şans verməyəcəyini bildirdi”.

İdmanxeber.com-un məlumatına görə, bunu “Qarabağ”ın sabiq hücumçusu Raydell Pupon Hollandiya mətbuatına açıqlamasında deyib.

Hollandiyanın “Roda” klubuna transfer olunan 28 yaşlı futbolçu Ağdam təmsilçisindən ayrılmasının səbəbini açıqlayıb: 

“Azərbaycanda klublar start heyətində 5 legioner oynada bilər. Mən isə baş məşqçi üçün ən yaxşı 5 legioner sırasına aid deyildim. Bununla belə, “Qarabağ”a keçdiyim üçün peşman deyiləm. Digər klublara keçdikcə təcrübəm bir qədər də artır”.

“Roda”ya oynamaq üçün gəlmişəm. Baş məşqçi Dariye Kaleziçlə daha öncədən yaxşı münasibətim var idi. Ona görə də Kaleziç mənə zəng edəndə çox düşünmədim“.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43