Milli komanda

Püşk atıldı, millimiz Niderlandla eyni qrupa düşdü

Final mərhələsi 2024-cü ildə Şimali İrlandiyada təşkil olunacaq 19 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin püşkü atılıb.

İdmanxeber.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu gün İsveçrənin Nyon şəhərində keçirilmiş püşkatmanın nəticələrinə əsasən, millimiz Niderland, Bosniya və Herseqovina və Lüksemburq yığmaları ilə birlikdə 11-ci qrupda yer alıb.

Bu qrupun oyunları 15-18-21 noyabr tarixlərində Lüksemburqda keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43