Kateqoriyasız

“Püşk bizə tanınmış və güclü komandalar nəsib edib” – Bədavi Hüseynov

“Qarabağ”ın müdafiəçisi Bədavi Hüseynov püşkü dəyərləndirib.

İdmanxeber.com-un məlumatına görə, J qrupunda “Tottenhem”, “Anderlext” və “Monako” ilə birlikdə mübarizə aparacaq Ağdam klubunun aparıcı müdafiəçisi bu oyunlaırn onlar üçün təcrübə olacağını bildirib:

“Püşk bizə tanınmış və güclü komandalar nəsib edib. Bu cür oyunlar bizə əvəzsiz təcrübə qazandıracaq. Əlimizdən gələni edəcəyik ki, Azərbaycanı layiqincə təmsil edək və qrupu bacara bildiyimiz qədər yaxşı yerdə bitirək”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43