Dünya futbolu

“Pyast”ın baş məşqçisi: “Reklama ehtiyacı olmayan komanda ilə qarşılaşdıq”

“Reklama ehtiyacı olmayan çox güclü bir komanda ilə qarşılaşdıq. Buna baxmayaraq, bir çox epizodlarda bərabər oyun nümayiş etdirə bildik. Birinci hissədə bir-iki epizodumuz oldu”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Piast”ın baş məşqçisi Valdemar Fornalik yoxlama oyunundan (1:1) sonra Polşa klubunun saytına deyib.

“Ən əsası bütün futbolçuların oyunu zədəsiz bitirməsidir. Bu cür şəraitdə oyunçular zədələrə məruz qalırlar. Hər bir sərt oyun zamanı ürəyim əsirdi. Ancaq biz kobud  oynamayan rəqiblə qarşılaşdıq. Hərdən elə rəqiblər olur ki, hesabdan ötrü oynayırlar”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43