Azərbaycan Premyer Liqasının 16-cı turunda “Qəbələ” “Kəpəz”i qəbul edir.
İdmanxeber.az-ın məlumatına görə, ev sahibi komandanın heyətində ciddi itki baş verib. Belə ki, Ahmet Ayzaya görüşün 22-ci dəqiqəsində zədələnərək meydanı tərk etdi.
Onun yerinə meydana Emil Səfərov daxil olub. İlk hissəsi davam edən matçda “Kəpəz” 1:0 hesabı ilə öndədir.