24 Oktyabr 2020
Ölkə futbolu

“Qəbələ” – “Səbail”: 9-cu duel

Bu həftə Topaz Premyer Liqada 20-ci turun qarşılaşmaları keçiriləcək.

İdmanxeber.az xəbər verir ki, “Qəbələ” öz meydanında “Səbail”i qəbul edəcək. Bu, komandaların cari mövsümdə 3-cü dueli olacaq. Mövsümün açılış matçında rəqibini 3:0 hesabı ilə yenən “qırmızı-qaralar” qış fasiləsi öncəsi qolsuz heç-heçəylə kifayətlənmişdi.

Ümumilikdə isə qarşıdakı matç rəqiblər arasında 9-cu duel olacaq. İndiyə qədər keçirilən 8 matçda üstünlük “Qəbələ”nin tərəfindədir. 5 qələbə qazanan “qırmızı-qaralar” 2 heç-heçə edib və yalnız 1 dəfə uduzub. Bu üstünlük top fərqində də əksini tapıb – 16:7. Keçirilən matçlarda Baqali Dabo hamıdan çox – 6, Famussa Kone 3 qol vurub.

Premyer Liqa çərçivəsindəki 6 oyunda 3 qələbə qazanan “Qəbələ” 2 heç-heçə edib və 1 dəfə uduzub. Komanda top fərqində də öndədir – 11:5.

Bakı klubunu 5-ci dəfə qəbul edəcək “Qəbələ” 4 ev oyununun hamısında qol sevinci yaşayıb. 3 qələbə qazanıb, 1 heç-heçə edən “qırmızı-qaralar” rəqib qapısına 8 top vurub, 2-ni buraxıb.(gabalafc.az)

Xatırladaq ki, 20-ci turun “Qəbələ” – “Səbail” görüşü martın 10-da keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Elşad Əhmədov: “İkinci qoldan sonra rəqib həvəsdən düşdü”

admin

“Qəbələ”nin yeni transferlərini yaxından tanıyaq: Muntyanu qalmaqallı futbolçunu Qəbələyə gətirdi – VİDEO

admin

“Xəzər Lənkəran” start verdi – FOTO

admin