28 Sentyabr 2021
Premyer Liqa

“Qəbələ” və “Zirə”dən qələbə

Azərbaycan Premyer Liqasında III tura start verilib.

İlk oyun günündə iki qarşılaşma baş tutub. Əvvəlcə “Sabah” öz meydanında “Qəbələ”ni qəbul edib. Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Günün ikinci oyununda “Keşlə” ilə “Zirə” üz-üzə gəlib. Bu görüşdə də qonaq komanda sevinən tərəf olub – “Zirə” 3 xalı 3 cavabsız qolla qazanıb.

Tura sabah keçiriləcək “Səbail” – “Sumqayıt” və “Neftçi” – “Qarabağ” matçlarıyla yekun vurulacaq.

Azərbaycan Premyer Liqası
III tur

18:00. “Sabah” – “Qəbələ” – 0:2
Qollar: 
Yaovi Akakpo, 53, Ülvi İsgəndərov, 90+3

Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Müslüm Əliyev, Kamranbəy Rəhimov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
“Bank Respublika Arena”.

“Sabah”: 16. Saşa Stamenkoviç (k), 14. Slavik Alxasov, 2. Amin Seydiyev, 10. Aleksey İsayev, 34, Bəxtiyar Həsənalızadə, 4. Elvin Camalov, 20. Coy-Lens Mikels, 17. Xuan Kamara, 55. Şpiro Periçiç, 11. Kristian Sebalyos, 21. İldar Alekperov
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 94. Yusif İmanov, 26. Fofana Tiemoko, 3. Zurab Oçiqava
24. Mixeil Erqemlidze, 5. Arsen Ağcabəyov, 6. İdris İnqilablı, 77. Veysəl Rzayev, 66. Abdulax Xaibulaev, 33. Camal Cəfərov
Baş məşqçi: Ramin Quliyev

“Qəbələ”: 94. Nicat Mehbalıyev, 19. Rövlan Muradov, 11. Asif Məmmədov (k), 28. Murad Musayev, 27. Məqsəd İsayev, 34. Urfan Abbasov, 17. Yaovi Akakpo, 8. Stefan Vukçeviç, 23. Rafael Utziq, 5. İsnik Alimi, 4. Ruan Renato
Ehtiyat oyunçular: 1. Kristof Atanqana, 36. Elməddin Sultanov, 14. Ülvi İsgəndərov, 7. Ehtiram Şahverdiyev, 6. Kamal Mirzəyev, 10. Omar Hani. 77. Emil Səfərov, 88. Gülağa Əsədov, 18. Mehrac Baxşalı, 20. Rauf Rüstəmli
Baş məşqçi: Elmar Baxşıyev

20:15. “Keşlə” – “Zirə” – 0:2
Qollar: 
Davit Volkov, 63, 72

Qırmızı vərəqə: Anatole Abanq, 27

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rövşən Rəcəbov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Ramiz Mustafayev
“ASK Arena”.

“Keşlə”: 1. Stanislav Namaşko, 3. Tərlan Quliyev (k), 2. İlkin Qırtımov, 7. Rəhman Hacıyev, 8. Tural Axundov, 21. Miyusko Boyoviç, 9. Anatole Abanq, 17. Omar Qudiabi, 72. Aldair Neto, 10. Felipe Santos, 22. Elçin Mustafayev
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 27. Əkpər Vəliyev, 18. Ruslan Əmircanov, 19. Azər Salahlı, 23. Nicat Qurbanov, 5. Kərim Diniyev, 29. Amil Yunanov, 99. Rafael Məhərrəmli, 77. Merab Qiqauri, 14. Turan Vəlizadə, 50. Samir Abdullayev, 33. Fərid Nadirov
Baş məşqçi: Sənan Qurbanov

“Zirə”: 1. Mehdi Cənnətov, 10. Ağabala Ramazanov (k), 32. Qismət Alıyev, 19. Təmkin Xəlilzadə, 91. Coşqun Diniyev, 18. Davit Volkov, 44. Dmitrios Çantakias, 26. Nemanya Andelkoviç, 47. Mohamed Hamdaui, 88. Georgi Stoilov, 5. Rauf Hüseynli
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 22. Rəşad Əzizli, 8. İlkin Muradov, 2. Sertan Taşkın, 21. Hacıağa Hacılı, 15. Ruslan Abışov, 11. Velves Santos, 51. Rüstəm Nuruyev, 77. Samir Qurbanov, 13. Ramin Əhmədov, 4. Cəlal Hüseynov, 25. Vüsal Əliyev
Baş məşqçi: Rəşad Sadıqov


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Premyer Liqa, IV tur: hakim təyinatları açıqlandı

admin

“Qəbələ” liderliyi əldən verdi – VİDEO

admin

Güvənc Kurtar: “Hakim insandır, səhv edə bilər”

admin