22 Yanvar 2020
Ölkə futbolu Premyer Liqa

“Qəbələ” “Sumqayıt”a hər zaman qol vura bilib

Sabah Topaz Premyer Liqasında 2018/19 mövsümünə yekun vurulacaq.

İdmanxeber.az-ın məlumatına görə, çempionata səfərdə yekun vuracaq “Qəbələ” Sumqayıtda eyniadlı komandanın qonağı olacaq. Bu, komandanın “Sumqayıt”la 28-ci oyunu olacaq. Mayın 19-da Azərbaycan kubokunun Naxçıvanda keçiriləcək finalında da üz-üzə gələcək rəqiblər indiyədək yalnız Premyer Liqada görüşüblər. Əvvəlki matçlarda 17 dəfə qalib gələn “qırmızı-qaralar” 8 heç-heçə edib və yalnız 2 dəfə uduzub. Bütün oyunlarda rəqib qapısına yol tapan “Qəbələ” heç vaxt meydanı qolsuz tərk etməyib. Top fərqində “qırmızı-qaralar” böyük üstünlüyə malikdir – 47:20. “Sumqayıt”la görüşlərin ən yaxşı bombardiri Viktor Mendi 7 dəfə rəqib qapısına yol tapıb.

Komanda səfər qarşılaşmalarında da üstün durumdadır. Rəqib meydanındakı 13 oyunda 6 qələbəsi olan “Qəbələ” 5 dəfə sülhlə kifayətlənibsə, 2 dəfə səfərdən xalsız ayrılıb. Bu görüşlərdə qonaqlar 21, ev sahibləri 13 qol vurublar.

Oxşar xəbərlər

“Qarabağ” “Neftçi”ni, “Qəbələ” “İnter”i məğlub etdi (YENİLƏNİB)

admin

“Xəzər Lənkəran” məcburiyyət qarşısında qaldı

admin

Sənan Qurbanov istefa verib

admin