30 Noyabr 2021
Kateqoriyasız Ölkə futbolu

“Qəbələ” heç-heçə etdi, “Sabah” qələbə qazandı (YENİLƏNİB)

Bu gün Topaz Premyer Liqasında III turun iki qarşılaşması keçirilib.

İdmanxeber.az-ın məlumatına görə, “Qəbələ” doğma meydanda “Sumqayıt”ı qəbul edib. Qarşılaşmanın 42-ci dəqiqəsində ev sahibi komanda Təmkin Xəlilzadənin penaltidən vurduğu qolla önə keçib. Matçın ikinci hissəsi isə daha dramatik alınıb. Qonaqlar matçın 76-cı dəqiqəsində meydanda bir nəfər azlıqda qalıb. “Sumqayıt” komandasının oyunçusu Nicat Qurbanov  ikinci sarı vərəqədən meydandan qovulub. Buna baxmayaraq qonaqlar oyunun son dəqiqələrində istəklərinə çatıblar. “Qəbələ” nin icarə əsasında “Sumqayıt”da oynadığı futblçusu Yusif Nəbiyev qonaqların bərabərlik qolunu vurub.

  Turun digər görüşündə isə “Zirə” debütant “Sabah”ı qəbul edib. “Dalğa Arena”da keçirilən görüşdə qonaqlar üç xalı iki qolla alıb. Ukranyalı futbolçu Marko Deviç matçda dubl edərək “Sabah”a qələbə qazandırıb 0-2.

 

25 avqust (şənbə)

18:00. “Qəbələ” – “Sumqayıt”  1:1

Qol: 42, Təmkin Xəlilzadə (1:0),  90+3 Yusif Nəbiyev (1:1)

Hakimlər: Rəvan Həmzəzadə, Nahid Əliyev, Cavanşir Yusifov, İnqilab Məmmədov
Qəbələ şəhər stadionu

“Qəbələ” 22. Dmitri Bezotosnı 3. Voislav Stankoviç 5. Rasim Ramaldanov 8. Qismət Alıyev 10. Rauf Əliyev 17. Ceyms Adeniyi 18. İlqar Qurbanov 28. Stiven Monroz 33. Təmkin Xəlilzadə 34. Urfan Abbasov (k) 88. Sabien Lilay

 Ehtiyat oyunçular: 23. Aqil Məmmədov 35. Murad Popov 4. Elvin Camalov 7. Roman Hüseynov 11. Asif Məmmədov 21. Lalavele Atakora 26. Faiq Hacıyev 27. Bəhlul Mustafazadə 32. Amin Seydiyev 99. Abbas Ağazadə
 
 “Sumqayıt” 1. Mehdi Cənnətov 2. Rail Məlikov (k) 4. Şəhriyar Əliyev 7. Cavid Tağıyev 10. Aleksey İsayev 14. Bəxtiyar Həsənalızadə 17. Nicat Qurbanov 21. Arif Daşdəmirov 60. Elvin Məmmədov 74. Yusif Nəbiyev 99. Əli Babayev
 

Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı 3. Vurğun Hüseynov 11. Atilla Yıldırım 18. Süleyman Əhmədov 44. Qvanzav Maqomedov 70. Ülvi İsgəndərov 77. Murad Xaçayev 97. Xəyal Nəcəfov

20:30. “Zirə” – “Sabah”  0:2 

QOL: 2, 30  Marko Deviç (0-2)

Hakimlər: Orxan Məmmədov, Vaqif Musayev, Cəmil Quliyev, Ramil Diniyev
“Dalğa Arena”

“Zirə”: 1. Anar Nəzirov (k) 2. İlkin Qırtımov 3. Budaq Nəsirov 5. Adil Nağıyev 6. Vüqar Mustafayev 9. Aleksandr Dedov 10. Sadio Tounkara 11. Dilan Duventru 26. Miloş Radivoyeviç 39. Sadiq Quliyev 77. Mirsahib Abbasov

Ehtiyat oyunçular: 85. Kamal Bayramov 8. Kamal Mirzəyev 7. Pərdis Fərcad-Azad 13. Murad Musayev 16. İbrahim Aslanlı 17. Vüsal İsgəndərli 38. İlkin Muradov 4. Müşfiq İlyasov 88. Tellur Mütəllimov 91. Bilal Həmdi 98. Aqşin Quluzadə
 
“Sabah”: 30. Saşa Stamenkoviç 19. Məqsəd İsayev 5. Kərim Diniyev 21. Novruz Məmmədov 13. Filip İvanoviç 33. Eltun Turabov 15. Erik Ramos 7. Vitali Kvaşuk 10. Cavid İmamverdiyev (k) 8. Elşən Abdullayev 9. Marko Deviç

Ehtiyat oyunçular:96. Aydın Bayramov 25. Vanderson Silva 88. Elçin Əsədov 39. Əlibəy Məmmədli 6. Vadim Abdullayev 14. Tural Qürbətov 2. Ülvi İbazadə 4. Tərzin Cahangirov 11. Elgün Nəbiyev 27. Bəxtiyar Soltanov

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Bakı”: ilin yekunu – VİDEO

admin

Təxirə salınmış oyunda qonaqlar böyükhesabla qələbə qazandılar

admin

“İstədiyimiz oyunçuları gətirə biləcəyimizi düşünürük” – Qurban Qurbanov

admin