Ölkə futbolu

“Qəbələ” Tsxadadze ilə bağlı qərarını verdi – RƏSMİ

“Qəbələ” klubu baş məşqçisi Kaxaber Tsxadadze ilə yeni müqavilə imzalayıb.

İdmanxeber.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 55 yaşlı mütəxəssislə yeni şərtlərlə bağlanan anlaşma 3 il müddətinə nəzərdə tutulub.

Gürcüstanlı mütəxəssis və onun köməkçisi George Çixradze 2027-ci ilin yayına qədər “Qəbələ”də çalışacaqlar.

Qeyd edək ki, əyalət təmsilçisi 2024/2025 mövsümündən etibarən Azərbaycan I Liqasında çıxış edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43