02 Dekabr 2020
Kateqoriyasız

“Qəbələ” üçün rahat rəqib – “Zirə”

Bu gün Azərbaycan Premyer Liqasında 2020-2021-ci illər mövsümünə start veriləcək.

“Qəbələ” turun son oyun günündə meydana çıxacaq. Avqustun 23-də keçiriləcək qarşılaşmada “qırmızı-qaralar” “Zirə” ilə üz-üzə gələcək.

Qəbələ şəhər stadionunda təşkil olunacaq matç iki komanda arasında ümumilikdə 22-ci, Premyer Liqada 20-ci görüş olacaq. İlk dəfə 2015/16 mövsümündə üz-üzə gələn rəqiblər indiyədək 19 dəfə ölkə çempionatında, 2 dəfə Azərbaycan kubokunda qarşılaşıb.

Əvvəlki oyunlarda üstünlük “Qəbələ”nin tərəfindədir. 9 qələbəsi olan “qırmızı-qaralar”  8 dəfə heç-heçə edib və yalnız 4 dəfə uduzub. Hesabında 31 qol olan “qırmızı-qaralar” 18 top buraxıb. “Zirə” ilə matçlarda Aleksey Qay hamıdan çox – 4 qola imza atıb. Ermin Zets bu qarşılaşmalarda üç dəfə fərqlənib. Altı futbolçu – Teo Uiks, Filip Ozobiç, Stiven Monroz, Davit Volkov, Rövlan Muradov və Fernan Lopezin aktivində iki top var.

Çempionatdakı 19 oyunda da üstünlük “Qəbələ”nin tərəfindədir. 7 qarşılaşmada aktivinə üç xal yazan “Qəbələ” 8 dəfə bir xalla kifayətlənib. Yalnız 4 dəfə xalsız qalan “qırmızı-qaralar” top fərqində də üstündür –  24:16.

“Qəbələ” “Zirə” ilə qarşılaşmaya 11-ci dəfə ev sahibliyi edəcək. Rəqibini indiyədək 10 dəfə qəbul edən “qırmızı-qaralar” öz meydanında 5 dəfə qalib gəlib. Doğma divarlar arasında 4 heç-heçəsi olan komanda yalnız bir dəfə məğlub olub. Evdə 16 qol vuran “Qəbələ” futbolçuları qapısından 7 top buraxıb.

Paytaxt təmsilçisi ilə son iki görüşdə qələbə qazanan komanda ardıcıl 5 qarşılaşmada meydanı xalsız tərk etməyib. “Qırmızı-qaralar” son 6 görüşdə rəqibinə uduzmayıb.(gabalafc.az)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Çempionlar Liqasında bugünkü oyunlara necə baxaq? – TV AFİŞA

admin

“Azərbaycan komandasının Azərbaycanla bağlılığı yoxdur”

admin

Sabiq “Xəzər Lənkəran”lıdan istefa qərarı

admin