Ölkə futbolu

“Qəbələ” uduzdu, “Qarabağ”dan qələbə – YENİLƏNİB

Azərbaycan Premyer Liqasında XIX tura yekun vurulacaq.

İdmanxeber.az-ın məlumatına görə, ilk matç Qəbələdə gerçəkləşib. Şəhərin eyniadlı komandası “Sumqayıt”a məğlub olub – 0:1. Meydan sahibləri hazırda 14 xalla sonuncu, “Gənclik şəhəri” təmsilçisi isə 30 xalla üçüncü pilləyə yüksəlib.

Tur “Qarabağ” – “Araz-Naxçıvan” qarşılaşması ilə başa çatıb. “Köhlən atlar” görüşdən 3:1 hesablı qələbəylə ayrılıb.

Azərbaycan Premyer Liqası

3-cü dövrə, XIX tur

23 yanvar

16:30. “Qəbələ” – “Sumqayıt” 0:1

Qol: Kasimir Ninqa, 74-pen.
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Zöhrab Abbasov, İslam Məmmədov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Qəbələ şəhər stadionu

19:00. “Qarabağ”– “Araz-Naxçıvan” 3:1

Qol: Numan Kurdiç, 6-avtoqol (1:0), Abdullah Zubir, 21 (2:0), 61 (3:0), Kadiri Mohammed, 71 (3:1)
Hakimlər: Rauf Allahverdiyev, Namiq Hüseynov, Pərvin Talıbov, Kamran Əliyev
Hakim-inspektor: Barış Şimşək.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Tofiq Bəhramov adına Respublika Stadionu

Qeyd edək ki, turun “Sabah” – “Neftçi” və “Səbail” – “Zirə” matçlarında hesab açılmayıb. Qərb derbisində isə “Kəpəz” “Turan Tovuz”a qalib gəlib – 2:1.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43