29 Noyabr 2020
Kateqoriyasız

“Qəbələ”də 10 seriya

“Qəbələ”nin Azərbaycan Premyer Liqasındakı çıxışları tarixində 10 dəfə bir futbolçu üç və ya daha çox matçda meydanı qol vurmadan tərk etməyib.

İdmanxeber.az klubun saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar”ın Premyer Liqadakı ən uzun fərdi qol seriyasının müəllifi Baqali Dabodur.

Fransalı futbolçu ardıcıl 4 oyunda qol sevinci yaşayıb. Bu, 2017/18 mövsümündə gerçəkləşib. Fransalı forvard meydanı qolsuz tərk etmədiyi 4 turda 6 dəfə rəqib qapılarına yol tapıb. Dabo bunu 4 matçda bacaran yeganə futbolçudur. Digər 9 seriya üç qarşılaşmanı əhatə edir.

Filip Ozobiçin hamıdan çox – 2 belə uğurlu seriyası var. O, 2016/17  mövsümünün gedişində iki dəfə üçoyunluq qol seriyasına imza atıb. Xorvatiyalı yarımmüdafiəçi bunların birində 4, digərində 3 dəfə fərqlənib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Dario 27-ci brazilyalı oldu

admin

Renat Dadaşovun komandasından növbəti məğlubiyyət

admin

“Qarabağ” – BATE matçına doğru

admin