18 Sentyabr 2020
Kateqoriyasız

“Qəbələ”dən daha bir transfer

2020-2021-ci illər mövsümünün hazırlıqlarını davam etdirən “Qəbələ” heyətini yeni futbolçu ilə gücləndirib.

Bu haqda klubun saytı məlumat yayıb.

“Qırmızı-qaralar” monteneqrolu yarımmüdafiəçi Stefan Vukçeviçi heyətinə qatıb. 23 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.

Karyerasına 2013-cü ildə başlayan Vukçeviç indiyədək yalnız bir klubda çıxış edib. O, vətənində “Zeta”nın şərəfini qoruyub. Vukçeviç Monteneqronun yüksək dəstəsində ümumilikdə 173 oyuna 4 qol vurub. O, 2019/20 mövsümündə 28 görüşdə 1 dəfə fərqlənib. “Zeta”nın heyətində avrokuboklarda da çıxış etmiş müdafiəçi Monteneqronun U-17, U-19 və U-21 yığmalarının formasını geyinib.

Xatırladaq ki, “Qəbələ” daha öncə Cavid Hüseynov və Yurgen Qoxa heyətinə qatıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Bəhreyn – Azərbaycan matçı canlı yayımda

admin

Avropa Liqası: “Neftçi” və “Qəbələ”nin potensial rəqibləri bilinir

admin

Bu futbolçu “Qarabağ”la oyunu buraxacaq

admin