Kateqoriyasız

“Qəbələ”ni daha bir futbolçu tərk edir – Rəsmi

“Qəbələ”nin futbolçusu Amin Seydiyev “Sabah”a transfer olunacaq.

İdmanxeber.az əyalət təmsilçisinin saytına istinadən xəbər verir ki, 22 yaşlı müdafiəçinin paytaxt klubuna keçidi ilə bağlı razılıq əldə olunub. “Qəbələ” və “Sabah” arasında razılaşma 2019/20 mövsümünün ardından qüvvəyə minəcək. Həmin vaxtdan futbolçu karyerasını Bakı təmsilçisində davam etdirəcək.

Xatırladaq ki, “Qəbələ” Futbol Akademiyasının yetirməsi olan Seydiyev əsas komandada 2017/18 mövsümündə debüt edib. O, komandada 39 oyun keçirib, 1 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Azərbaycan UEFA reytinqində neçəncidi?

admin

Ölkə kubokunda 1/4 finalçılar bilindi

admin

“Keşlə” – “Zirə”: start heyətlər

admin