Ölkə futbolu

“Qəbələ”nin futbolçusu 4 oyun cəzalandı

AFFA-nın İntizam Komitəsi “Qəbələ”nin futbolçusu Samuel Tettehi cəzalandırıb.

İdmanxeber.az-ın məlumatına görə, 27 yaşlı hücumçu Misli Premyer Liqasının 17-ci turunda “Səbail”lə görüşdə təcavüzkar davranışa (rəqibə zərbə endirdiyinə) görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun şərti olmaqla 4 oyun cəzalanıb. 
“Qəbələ” isə 3000 manat cərimə edilib.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43