Ölkə futbolu

“Qəbələ”nin futbolçusu məşqi yarımçıq tərk etdi

“Qəbələ”nin futbolçusu Emil Səfərov zədələnib.

İdmanxeber.az-ın məlumatına görə, millimizin üzvü komanda ilə dünən keçirilən məşqi tamamlaya bilməyib. Ayağında ağrılar hiss edən Səfərov hazırlığı erkən başa vurmağa məcbur qalıb.

Onun durumunun ciddi olmadığı bildirilir. 

Xatırladaq ki, “Qəbələ” bu gün yoxlama oyunu çərçivəsində “Kəpəz”lə qarşılaşacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43