Kateqoriyasız

“Qəbələ”nin legioneri azarkeşlərə səsləndi: “Ümid edirəm ki…”

“Qəbələ”nin futbolçusu Ruan Renato Konfrans Liqasına vəsiqə qazanmaları ilə bağlı instaqramda paylaşım edib.

İdmanxeber.az xəbər verir ki, braziliyalı müdafiəçi postunda bunları yazıb:

“Unudulmaz anlar yaşadıq. Bunun bir parçası olduğum üçün şadam. Bizə inanmırdılar. Sona qədər mübarizə apardıq. Həm qələbələr oldu, həm məğlubiyyətlər. Bütün çətinliklərə qalib gəldik və məqsədimizə çatdıq.

Hər kəsi – tək meydanda olanları deyil, zədəliləri, ehtiyatda qalanları, klubun bütün nümayəndələrini təbrik edirəm. Bizə dəstəyini dayandırmayan azarkeşlərimizə də təşəkkür edirəm. Biz buna layiqik. Ümid edirəm ki, son ev oyunumuzda tribunalar dolu olacaq və qazandığımız uğuru birlikdə qeyd edəcəyik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Bazel” “Qarabağ”la oyun üçün azarkeşlərinə səsləndi

admin

Rövnəq Abdullayev FİFA prezidenti ilə görüşdü

admin

TV AFİŞA: Hansı oyun, hansı kanalda?

admin