06 Dekabr 2022
Kateqoriyasız

“Qəbələ”nin mövsüm göstəriciləri: 28 tur, 24 futbolçu, 31 qol

“Qəbələ” 2018/19 mövsümünü başa vurub.

İdmanxeber.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, mövsüm ərzində UEFA Avropa Liqası, Azərbaycan kuboku və Topaz Premyer Liqasında mübarizə aparan “qırmızı-qaralar” ümumilikdə 35 oyun keçirib.

Komanda 4-cü yeri tutduğu Premyer Liqada 28 matçda qüvvəsini sınayıb. “Qəbələ”nin çalışdırıcısı Sənan Qurbanov bu matçlarda 24 futbolçuya şans verib. Onlardan üçü – Urfan Abbasov, Ceyms Adeniyi və Stiven Monroz hamıdan çox 25 dəfə meydana çıxıb. Çempionatda 2163 dəqiqə oynayan Abbasov komanda yoldaşlarını qabaqlayıb. 24 futbolçudan 13-ü matçların yarıdan çoxunda şans qazanıb.

Mövsüm ərzində 31 qol vuran “Qəbələ”nin heyətində 12 futbolçu fərqlənib. “Qırmızı-qaralar”ın ən yaxşı bombardiri Ceyms Adeniyidir. Nigeriyalı legioner 10 qola imza atıb. Stiven Monrozun hesabında 6 top var. Rauf Əliyev 4, Davit Volkov 2 dəfə rəqib qapılarına yol tapıb. Digər 8 futbolçu – Ürfan Abbasov, Voislav Stankoviç, Cavid Hüseynov, Bəhlul Mustafazadə, Lalavere Atakora, Asif Məmmədov, Rasim Ramaldanov, Təmkin Xəlilzadə isə hərəyə 1 dəfə qol sevinci yaşayıb. 31 qoldan biri rəqibin avtoqolu sayəsində gerçəkləşib. Bəxtiyar Həsənalızadə (Zirə) öz qapısına qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

“Mən fəxr edirəm ki, azərbaycanlıyam” – Qurban Qurbanov

admin

Vüsalın 100-cü oyunu

admin

Avropada daha bir çempionat bərpa edilir

admin