Kateqoriyasız

“Qəbələ”nin “Sabah”la 7-ci dueli

Bu həftə Azərbaycan Premyer Liqasında yaranan fasilə başa çatacaq.

İdmanxeber.az-ın məlumatına görə, milli komandaların oyunlarına görə yaranan bu fasilədən sonra IV turun matçları keçiriləcək.

“Qəbələ” sentyabrın 14-də “Sabah”la qarşılaşacaq. Bu görüş “qırmızı-qaralar”ın cari çempionatda ikinci səfər sınağı olacaq.

“Qəbələ” indiyədək bu rəqiblə 6 dəfə görüşüb. Ötən mövsümə təsadüf edən bu qarşılaşmalardan üçü Premyer Liqa, ikisi kubok çərçivəsində baş tutub. “Qəbələ”nin 4 dəfə qalib gəldiyi duellərdə 1 heç-heçə qeydə alınıb. “Qırmızı-qaralar” yalnız ilk oyunda uduzub və ardınca 5 oyundu yenilmir. Top fərqi də bu üstünlüyü əks etdirir – 5:2. Yalnız bir futbolçu – Ceyms Ademiyi bu qarşılaşmalarda birdən artıq qola sevinib. O, “Sabah”ın qapısına iki dəfə yol tapıb.

Çempionatdakı 4 görüşdə iki qələbəsi olan “qırmızı-qaralar” bir heç-heçə edib və bir dəfə xalsız qalıb. Premyer Liqada rəqibin qapısından üç top keçirən bölgə futbolçuları 2 qola üzülüblər.

“Sabah”ın ev qarşılaşmalarında maraqlı tendensiya müşahidə olunub. Bütün matçların taleyini bir qol həll edib. İlk oyunda meydan sahibləri, sonrakı görüşlərdə “Qəbələ” 1:0 hesabı ilə qalib gəlib. Ümumiyyətlə, 6 qarşılaşmadan dördündə bu hesaba təsadüf olunub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Meydanda can qoymağa hazıram” – “Neftçi”nin legioneri

admin

“Qarabağ” “Neftçi”ni məğlub etdi

admin

“Qalatasaray” “Trabzonspor”a belə uduzdu – Video

admin