30 Sentyabr 2020
Milli komanda

“Qələbələrin sayı çox olacaq” – De Byazi

Millətlər Liqasının 2-ci turunda səfərdə Kiprə 1:0 hesabı ilə qalib gələn Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi mətbuat konfransında fikirlərini bölüşüb.

İtaliyalı mütəxəssis qələbəni şərh edib:

“Çox yaxşı oyun keçdi. İlk hissədə daha çox qol vura bilərdik. Sevinirik ki, nəticə bizim xeyrimizə oldu. İkinci hissədə yorğunluq hiss olunurdu. Bir az da gərginlik var idi. Sevindirici haldır ki, oyunu tam heyətlə tamamladıq. Lüksemburq oyunu ilə müqayisədə müəyyən dəyişiklik etdik. Xoşuma gələməyən şeylər var idi. Ən vacib futbolçuların istəkli olmasıdır.

İlk gündən demişdim ki, uğurlu nəticəyə və qələbəyə hamımız inanmalıyıq. Əgər belə olarsa, bu gün qazandığımız qələbələrin sayı çox olacaq. Bu gün komandamız qələbə qazanmaqla, yanaşı qısa müddət ərzində məğlubiyyətdən nəticə çıxarmağı və xarakter nümayiş etdirməyi bacardı”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Yığmamız 9 nəfərlə qaldığı oyunda Portuqaliyaya məğlub oldu

admin

Prosineçki qələbəni ailəsi ilə bölüşdü (FOTO)

admin

Millimizin yeni forması – FOTO

admin