Ölkə futbolu

Qərb klubu “Neftçi”dən cavab gözləyir – TRANSFER BİTMƏK ÜZRƏDİ

“Kəpəz” Fərid Yusifli üçün “Neftçi”dən xəbər gözləyir.

İdmanxeber.az-a verilən məlumata görə, Gəncə təmsilçisi gənc futbolçunu heyətinə qatmaq niyyətindədir. “Sarı-göylər” Yusiflini mövsüm sonuna qədər icarəyə götürmək istəyir.

Ancaq “Neftçi” hələlik bu barədə qarşı tərəfə konkret cavab bildirməyib. “Ağ-qaralar” Antalya toplanışının ardından Yusifli barədə qərarını verəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43