Ölkə futbolu

Qəsəbə klubu yeni transferi ilə neçə illik müqavilə bağladı?

“Zirə”nin “Kəpəz”in futbolçusu Elçin Əlicanovla anlaşdığı xəbərini vermişdik.

İdmanxeber.az-a daxil olan məlumata görə, artıq tərəflər arasında imzalanan müqavilənin detalları da məlumdur. Belə ki, qəsəbə təmsilçisi Əlicanovla 2 illik sözləşmə bağlayıb. Transferin yaxın vaxtda rəsmən açıqlanması gözlənilir.

Xatırladaq ki, “Araz Naxçıvan” klubu da 25 yaşlı müdafiəçinin xidmətində maraqlı olsa da, tərəflər maliyyə məsələsində anlaşa bilməyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43