Kateqoriyasız

“Qəbələ” 2020-ci ildə ilk transferini reallaşdırdı

“Qəbələ” qış transfer pəncərəsində ilk futbolçu keçidini rəsmiləşdirib.

İdmanxeber.az-ın məlumatına görə, “qırmızı-qaralar” Ehtiram Şahverdiyevi heyətinə qatıb. 23 yaşlı yarımmüdafiəçi ilə 1,5 illik müqavilə imzalanıb.

“Qəbələ” futbol akademiyasının yetirməsi olan Ehtiram üç illik fasilədən sonra komandaya qayıdıb. 2017-19-cu illərdə “Sumqayıt”ın şərəfini qoruyan yarımmüdafiəçi bunadək “qırmızı-qaralar”ın heyətində çıxış edib. O, 2015-2016-cı illər mövsümündə “Qəbələ”nin əsas komandasında 2 oyun keçirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43