Ölkə futbolu

“Qəbələ” Adeniyini yalnız bu halda komandada saxlayacaq – Zaur Əzizov açıqladı

Ölkəmizi Avropa Liqasında təmsil edəcək “Qəbələ”də Ceyms Adeniyi məısələsi hələ də açıq qalır.

Belə ki, nigeriyalı hücumçuya ölkə xaricindən təkliflər var. Ancaq klub onu daha sərfəli şərtlər əsasında satmaqda maraqlıdı.

Klubun baş meneceri Zaur Əzizov İdmanxeber.az-a açıqlamasında Adeniyinin komandada qalma ehtimalının olduğunu da bildirib:

“Hazırda Adeniyi üçün təkliflər var. Ancaq biz istəyən təkliflər yoxdu. Əgər istədiyimiz təklif olmasa, Adeniyi komandada qalacaq”.

Əyalət klubunun rəsmisi komandaya 3 əcnəbi futbolçu transfer olunacağını da istisna etməyib:

“Bir çox ölkədən olan futbolçularla maraqlanırıq. Danışıqlar gedir. Üç yeni legioner transfer etməyi nəzərdə tutmuşuq. Yaxın günlərdə hər şey bilinəcək”.

Qeyd edək ki, “Qəbələ”nin legioner futbolçulardan yalnız Davit Volkovu komandada saxlayacağı dəqiqdi. Adeniyi məsələsi isə hələlik açıq qalır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43