Kateqoriyasız

“Qəbələ” “Alkmaar”la qarşılaşacaq

Bu gün UEFA Gənclər Liqasında Çempionlar Yolunun 1-ci mərhələsinin püşkü atılıb.

İdmanxeber.az-ın məlumatına görə, tədbir Bakı vaxtı ilə saat 16:00-da başlayıb. Püşkatmada Azərbaycan təmsilçisi “Qəbələ”nin də rəqibi bəlli olub.

“Qırmızı-qaralar” ilk mərhələdə Niderlandın “Alkmaar” klubu ilə qarşılaşacaq.

“Qəbələ” ilk oyununu sentyabrın 29-da evdə keçirəcək. Cavab oyunu isə oktyabrın 20-də olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43