Kateqoriyasız

“Qəbələ” daha bir legioner futbolçu transfer edir – Eksklüziv

“Qəbələ” heyətini gürcü futbolçu ilə gücləndirir.

İdmanxeber.az-a daxil olan məlumata görə, əyalət klubu Merab Qiqaurini heyətinə qatır. Son mövsümü ölkəsinin “Torpeda” (Kutaisi) klubunda keçirən 26 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə bağlanması gözlənilir.

Qeyd edək ki, M.Qiaquri müxtəlif illərdə Gürcüstan millisinin aşağı yaş qruplarından ibarət komandalarında çıxış edib. O, 2013-cü ildə əsas millidə 1 dəfə forma geyinmək şansı da qazanıb. 2017-ci ildən Kutaisi təmsilçisində top qovan yarımmüdafiəçi son klubunda 59 matçda 2 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43