Kateqoriyasız

“Qəbələ” – “Fehervar” oyununun saatı müəyyənləşib

“Qəbələ”nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Macarıstan “Fehervar”ı ilə keçirəcəyi cavab görüşünün başlama saatı müəyyənləşib.

İdmanxeber.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, cavab oyunu iyulun 28-də Qəbələ şəhər stadionunda təşkil olunacaq. Matç saat 20:00-da başlayacaq.

Qeyd edək ki, iyulun 21-də Macarıstandakı “Mol Arena”da baş tutacaq ilk görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43