Kateqoriyasız

“Qəbələ” evdə uduzdu – Yenilənib

Bu gün Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində növbəti oyunlar keçiriləcək.

İdmanxeber.az-ın məlumatına görə, təmsilçilərimizdən “Qəbələ” doğma azarkeşləri önündə Gürcüstanın “Dinamo” klubunu qəbul edib. Təmsilçimiz qarşılaşmadan məğlubiyyətlə ayrılıb – 0:2.

Qeyd edək ki, komandalar arasında cavab oyunu bir həftə sonra Gürcüstanda keçiriləcək. Cütün qalibi Hollandiyanın “Feyenoord” klubu ilə qarşılaşacaq.

25 iyul

Avropa Liqası

II təsnifat mərhələsi, ilk oyunlar

19:00. “Qəbələ” (Azərbaycan) – 0:2 “Dinamo” (Tbilisi, Gürcüstan)
Baş hakim: Nikolas Uolş (Şotlandiya)
Qəbələ şəhər stadionu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43