Kateqoriyasız

“Qəbələ” iki yoxlama oyunu keçirəcək

“Qəbələ” 2021/22 mövsümünün hazırlıqlarını davam etdirir.

İdmanxeber.az klubun saytına istinadən xəbər verir ki, yay toplanışına iyulun 5-də start verən “qırmızı-qaralar” məşqlərini Qəbələ şəhər stadionunda gerçəkləşdirir.

Elmar Baxşıyevin komandası iyulun 15-dək doğma arenada hazırlıq keçəcək. Toplanışın ilk mərhələsini başa vurduqdan sonra komanda Bakıya yollanacaq. “Qəbələ” paytaxtda iki yoxlama görüşü keçirəcək. “Qırmızı-qaralar” ilk sınağına iyulun 16-da çıxacaq.  Bölgə təmsilçisi həmin gün “Zirə” ilə üz-üzə gələcək. İyulun 21-dəki rəqib isə “Səbail”l olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43