Ölkə futbolu

“Qəbələ” iki yoxlama oyunu keçirəcək

“Qəbələ” Azərbaycan Premyer Liqasında milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə dövründə hazırlıqlarına martın 18-də start verəcək.

XX turun “Zirə” ilə görüşündən (1:1) sonra üç günlük istirahəti başa vuran “qırmızı-qaralar” məşqlərə sabah başlayacaq.

Komanda fasilə dövründə iki yoxlama oyununda qüvvəsini sınayacaq. “Qırmızı-qaralar” martın 25-də “Zirə” ilə üz-üzə gələcək. “Qəbələ” ikinci sınaq matçını 4 gün sonra keçirəcək. Elmar Baxşıyevin komandası Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığması ilə qarşılaşacaq. U-21-lə görüş “Dalğa Arena”da olacaq.

“Qəbələ” Premyer Liqada növbəti oyununu aprelin 4-də səfərdə “Sabah”a qarşı keçirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43