Ölkə futbolu

“Qəbələ” ilə oyun öncəsi “Neftçi”də zədəli oyunçulardan nə xəbər?

“Neftçi” “Qəbələ” ilə oyunun hazırlıqlarını davam etdirir.

İdmanxeber.az-ın məlumatına görə, “Neftçi” “Qəbələ” ilə oyuna ciddi itgilərlə hazırlaşır. Klubun mətbuat xidmətindən saytımıza verilən məlumata əsasən, komandada zədəsi davam edən Rəşad Eyyubovla, Ruslan Abışov  meydana çıxa bilməyəcəklər. Digər zədəli futbolçu Soni Mustivarın oynayıb-oynamayacağı isə matç saatında bəlli olacaq. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43