Kateqoriyasız

“Qəbələ” iordaniyalı futbolçunun transferini BİTİRDİ

“Qəbələ” yeni futbolçu ilə güclənib.

İdmanxeber.az-a daxil olan məlumata görə, əyalət təmsilçisi uzun müddətdi danışıq apardığı Omar Hani transferini bitirib. İordaniyalı futbolçu ilə aparılan danışıqlar müsbət nəticələnib.

“Qəbələ” forvardla 1+1 şərti ilə müqavilə imzalayıb.

Klub bu keçidi yaxın saatlarda rəsmən elan edəcək.

Qeyd edək ki, Omar Haninin son klubu Kiprin “Olimpiakos Nikosia”  olub.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43