Kateqoriyasız

“Qəbələ” “Keşlə” ilə oyuna Bakıda hazırlaşır

Türkiyə toplanışını başa vurduqdan sonra ikigünlük istirahətə buraxılan “Qəbələ” Bakıda bir araya gəlib.

İdmanxeber.az klubun saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” Azərbaycan Premyer Liqasının XV turunun “Keşlə” ilə görüşünün hazırlığına paytaxtda start verib. Elmar Baxşıyevin komandası fitnes zalında hazırlıq keçib. Futbolçular müxtəlif fiziki təmrinlərini yerinə yetiriblər. “Qəbələ”nin növbəti məşqi Bakı Olimpiya Stadionunda baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43